Yunan-Roma güləşi üzrə ölkə çempionatı start götürüb

18 Dekabr 2018 12:05

Xəbər 664 dəfə oxunub

Dekabrın 18-də Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı start götürüb.Azərtac xəbər verir ki, yarışın birinci günündə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqramadək çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparırlar. Ümumilikdə güləşin bu növü üzrə 206 pəhləvan qüvvəsini sınayır.Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17:00-da start götürəcək. Turnirin açılış mərasimi dekabrın 19-da saat 16:30 başlayacaq.Reqlamentə əsasən, yarışın birinci günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar. Dekabrın 19-da bu növ üzrə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları dekabrın 20-də təşkil olunacaq.xeber100.com