Yanvarın 16-da Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunan sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 21-ci açıq respublika turniri start götürüb.Azərtac xəbər verir ki, beynəlxalq turnir 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.Dünya Güləş Birliyinin qaydalarına əsasən sərbəst güləşçilər Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 110, yunan-Roma güləşçiləri isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Turnirdə 2001-2002-ci il təvəllüdlü idmançılar güclərini sınayırlar. İki gün davam edəcək turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.Yarışların birinci günündə yunan-Roma, ertəsi gün isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…