Mayın 18-də İslamiadanın yunan-Roma güləşi yarışlarında mübarizəyə qoşulan Azərbaycanın dörd idmançısından üçü finala vəsiqəni təmin edib.Azərtac xəbər verir ki, İslam Abbasov (85 kq) yarımfinal mərhələsində Qırğızıstan güləşçisi Azat Beişebekov ilə qarşılaşıb. Görüşdə 3:1 hesabı ilə qələbə qazanan İslam Abbasov finala yüksəlib.Yarımfinalda Özbəkistan idmançısı Mirzobek Raxmatovu məğlub edən Kamran Məmmədov (66 kq) da adını finala yazdırıb.Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev yarımfinalda Qırğızıstan güləşçisi Kayratbek Tuqolbayevə 3:2 hesabı ilə qalib gələrək qızıl medallar uğrunda mübarizədə iştirak etmək hüququ qazanıb.Daha bir güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda Özbəkistan təmsilçisinə məğlub olaraq bürünc medal uğrunda xalça üzərinə çıxacaq.Xatırladaq ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparıblar. Güləşçilərimiz yarışın ilk gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Qızıl medalı yığmamıza 98 kiloqram çəki dərəcəsində yarışan Orxan Nuriyev qazandırıb. Rafiq Hüseynov (80 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) aktivlərinə yazdırıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…