Yunanıstan Super Liqasında 2021/2022-ci il mövsümünün qalibi bəlli olub

5 May 2022 14:39

Xəbər 449 dəfə oxunub

Yunanıstan Super Liqasında 2021/2022-ci il mövsümünün qalibi bəlli olub.30-cu turdan təxirə salınmış matçda PAOK-a 2:1 hesabı ilə qalib gələn “Olimpiakos” vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.Otuz iki turdan sonra aktivində 76 xalı olan “Olimpiakos” ən yaxın izləyicisi olan PAOK klubunu 16 xal qabaqlayır. PAOK-un son 4 turda xal fərqini aradan qaldırması mümkün deyil.“Olimpiakos” ardıcıl 3-cü, ümumilikdə isə 47-ci dəfə futbol üzrə Yunanıstan çempionu olub.xeber100.com