Attika qubernatoru Rena Duru noyabrın 17-də Yunanıstanın paytaxt regionunun bütün məktəblərinin bağlanmasına göstəriş verib. Bu qərara əlverişsiz hava şəraiti səbəb olub.Xarici KİV-lər xəbər verir ki, Yunanıstanda daşqınlara səbəb olan leysan yağışları bütün həftə boyu davam edib. Ekstremal hava şəraiti noyabrın 15-də Attikada 16 nəfərin ölümü ilə nəticələnib.Yunanıstanın Baş naziri Aleksis Tsipras ölkədə üçgünlük matəm elan edib. Dövlət bayraqları endirilib və 44 il əvvəl Politexnik Universitetdə baş vermiş faciənin ildönümü mərasimlərindən başqa, bütün ictimai tədbirlər ləğv olunub.Xatırladaq ki, 1973-cü ildə hökumətin tələbə ittifaqlarının fəaliyyətinə qarışmasına etiraz edən tələbələr universiteti ələ keçirmişdilər. Noyabrın 17-nə keçən gecə ordu təhsil müəssisəsinin binasına tanklarla hücum etmişdi. Toqquşmada 23 tələbə həlak olmuş, mindən çox insan yaralanmışdı. Tələbə üsyanı yatırılsa da, ölkədə baş qaldıran kütləvi etiraz aksiyaları “qara polkovniklər” diktaturasının süqutuna gətirib çıxarmışdı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…