Yunanlar Afinada etiraz aksiyası keçiriblər

21 Yanvar 2019 16:30

Xəbər 710 dəfə oxunub

Makedoniyanın adının dəyişdirilməsinə etiraz edən yunanlar Afinada küçələrə çıxaraq etiraz aksiyası keçiriblər. Makedoniyanın adının dəyişdirilməsinə rəsmi Afinanın razılaşması və parlamentin də qonşu dövlətlə anlaşmanı ratifikasiya etməsi yunanları hiddətləndirib.Daily Mail bildirir ki, Afinada ölkə parlamentinin önündəki meydana toplaşmış 600 min insan aksiya keçiriblər.Onları mitinqə 3 min avtobus daşımışdı.”Makedoniya satılmır!, “Makedoniya Yunanıstandır!” qışqıran etrazçılarla polis arasında toqquşmalar olub.Yunanıstanda əhalinin 70 faizi Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum tələb edirlər.Referendum yanvarın 25-də keçiriləcək.Yunanıstanda Makedoniya adlı vilayət olduğundan, rəsmi Afina sabiq Yuqoslaviya respublikasının Avropa İttifaqına və NATO-ya daxil olmasını əngəlləyir.Afina narahatdır ki, qonşu ölkənin adı “Makedoniya” olandan sonra rəsmi Skopye yunan ərazisi ilə bağlı torpaq iddiaları ilə çıxış edə bilər.Makedoniya adını dəyişərək Şimali Makedoniya olub. Skopye bu minvalla Avropa İttifaqına üzvlüklə bağlı əngəlləri aradan qaldırmaq niyyətindədir.NATO da Makedoniyadan üzvlüklə bağlı problemin həlli üçün ölkənin adının dəyişdirilməsini tələb edirdi.İndi “Şimali Makedoniya” adlanan ölkədə rəsmi dil qismində alban dili elan olunub.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42