Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə güləş üzrə “Yuqra Kuboku” beynəlxalq turniri keçiriləcək.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcəklər. Oktyabrın 28-də start götürəcək turnir iki gün davam edəcək.Məşqçilər Vahid Məmmədovun və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə 7 güləşçimiz yollanacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar.Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.Oktyabrın 28-də 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Bir gün sonra isə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparan güləşçilər xalça üzərinə çıxacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…