UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, İtaliya təmsilçisi “Yuventus” Fransada “Monako” ilə qarşılaşıb. Oyunda hesab 29-cu dəqiqədə açılıb. Qonzalo İquayn İtaliya klubunu hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb.İkinci hissədə böyük qüvvə ilə hücuma atılan “Monako” qapısında ikinci qolu görüb. Argentinalı hücumçu Qonzalo İquayn 59-cu dəqiqədə meydan sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmanın qalan dəqiqələri Fransa təmsilçisinin çoxsaylı hücumları ilə keçib. Lakin “Yuventus”un etibarlı müdafiə xəttini yarmaq mümkün olmayıb. Oyun İtaliya təmsilçisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.Mayın 3-də, həmçinin Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Hollandiya təmsilçisi “Ayaks” turnirin favoritlərindən sayılan Fransanın Avropadakı daha bir təmsilçisi “Lion”u qəbul edib. Bu dəfə də fransızlar meydanı məğlub tərk ediblər. Qarşılama 4:1 hesabı ilə “Ayaks”ın qələbəsi ilə başa çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…