“Yuventus” futbol klubu hücumçusu ilə yolları ayırıb

18 Sentyabr 2020 11:48

Xəbər 554 dəfə oxunub

İtaliyanın “Yuventus” futbol klubu hücumçusu Qonzalo İquainlə yolları ayırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 32 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.İquain 2016-cı ildə 90 milyon avroya “Napoli”dən Turin təmsilçisinə transfer olunub.Argentinalı oyunçunun karyerasını ABŞ-ın “İnter Mayami” klubunda davam etdirəcəyi gözlənilir.xeber100.com