“Yuventus” futbol klubu müdafiəçisi ilə müqaviləni yeniləyib

3 Mart 2023 13:27

Xəbər 364 dəfə oxunub

İtaliyanın “Yuventus” klubu müdafiəçisi Danilo ilə müqaviləni yeniləyib. Müdafiəçi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliya millisinin üzvü 2019-cu ildən oynadığı “Yuventus”da 142 matça çıxıb və 8 qol vurub.

Futbolçu “Amerika Mineyro”, “Santos”, “Portu”, “Real” və “Mançester Siti”də də oynayıb. Braziliya millisində 49 oyun keçirən Danilo bir dəfə fərqlənib.xeber100.com