Yanvarın 12-də İtaliya A Seriyasının 19-cu turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, son çempion “Yuventus” səfərdə “Roma” komandasının qonağı olub. Görüş “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı qonaqlar açıb. Turinlilərin türkiyəli müdafiəçisi Merih Demiral Paolo Dibalanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Qoldan 7 dəqiqə sonra “Yuventus” yenidən fərqlənib. Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.Fasiləyə komandalar “Yuventus”un 2:0 hesablı qələbəsi ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində “Roma” qollardan birinin əvəzin çıxıb. Matçın 68-ci dəqiqəsində Dieqo Perotti fərqlənib.Bu qələbədən sonra “Yuventus” “İnter”in xal itkisindən yararlanaraq xalların sayını 48-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ alıb.Ötən gün “İnter” doğma azarkeşlər önündə “Atalanta” komandasını qəbul edib.Qarşılıqlı hücumlarla müşahidə olunan görüşdə qalib müəyyənləşməyib – 1:1. Oyunda hesabı erkən qolla – 4-cü dəqiqədə “İnter” açıb. Lautaro Martinez Romelu Lukakunun ötürməsini qolla tamamlayıb. Qonaqlar oyunun əsas vaxtının başa çatmasına 15 dəqiqə qalmış hesabı bərabərləşdiriblər. Robin Qosens komandasını məğlubiyyətdən xilas edib. “Atalanta” oyunun sonlarında qələbə qazanmaq üçün ideal şans əldə edib. Matçın 87-ci dəqiqəsində Luis Muriyel 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.Turun digər görüşlərində “Milan” səfərdə cari mövsümdə inamlı oyunu ilə diqqət çəkən “Kalyari” komandasını 2:0 hesabı ilə məğlub edib. “Milan” klubunun yeni transferi Zlatan İbrahimoviç ilk dəfə olaraq start heyətdə yer alıb və debütünü qolla qeyd edib. Bu qələbədən sonra “Milan” 25-ci xalını qazanaraq turnir cədvəlində yeddinci pilləyə yüksəlib. “Kalyari” 29 xalla beşinci yerdədir.Turun maraq doğuran digər oyunlarından biri “Olimpiko” stadionunda keçirilib. Çempionluğa iddialı “Napoli” səfərdə “Latsio” klubuna məğlub olub – 0:1. Hazırda “Napoli” 24 xalla onuncu, “Latsio” isə 42 xalla üçüncü yerdə qərarlaşıb.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Udineze” – “Sassuolo” – 3:0;
“Fiorentino” – SPAL – 1:0;
“Torino” – “Bolonya” – 1:0;
“Sampdoriya” – “Breşiya” – 5:1;
“Verona” – “Genoa” – 2:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…