“Yuventus” futbol klubu sabiq futbolçusunu transfer edəcək

11 Noyabr 2018 16:02

Xəbər 731 dəfə oxunub

İtaliyanın “Yuventus” klubu sabiq futbolçusu Pol Poqbanı qaytarmaq istəyində israrlıdır.Milli.az xəbər verir ki, ağ-qaralar fransalı yarımmüdafiəçinin transfer qiymətinin aşağı enməsi üçün futbolçularından birini “Mançester Yunayted”ə verməyə hazırdır.Turin təmsilçisi bunun üçün 3 oyunçusunu da təklif edir. Bunlar Aleks Sandro, Mehdi Benatia və Mario Mandzukiçdir.Qeyd edək ki, Poqba cari mövsümdə keçirdiyi 15 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.xeber100.com