“Yuventus” futbol klubu yeni rekorda imza atıb

20 Yanvar 2023 18:25

Xəbər 464 dəfə oxunub

“Yuventus” klubu İtaliya kuboku yarışının dörddəbir final mərhələsinə yüksəlməklə yeni rekorda imza atıb. Turin klubu buna səkkizdəbir finalda “Monza” üzərində 2:1 hesablı qələbə qazanmaqla nail olub. Ardıcıl 16-cı dəfə ölkə kuboku yarışında dörddəbir finala adlayan komanda bu baxımdan turnirin rekordçusudur. “Yuventus” sonuncu dəfə 2006/2007-ci il mövsümündə, İtaliya B seriyasında çıxış edərkən kubok yarışında səkkizdəbir final səddini aşa bilməyib.

Qeyd edək ki, “Yuventus” dörddəbir finalda “Latsio” ilə qarşılaşacaq. Oyun fevralın 1-də Romada keçiriləcək.xeber100.com