“Yuventus” klubu 8-ci dəfə İtaliyanın çempionu olub

21 Aprel 2019 19:46

Xəbər 581 dəfə oxunub

İtaliyanın “Yuventus” futbol klubu ardıcıl olaraq 8-ci dəfə İtaliyanın çempionu olub.Trend-in məlumatına görə, İtaliya Çempionatının 33-cü turunda “qoca senyora” öz meydanında “Fiorentina”ya 2:1 hesabı ilə qalib gəlib və vaxtından əvvəl çempion adını qazanıb.”Yuventus”un heyətindən Aleks Sandro (37-ci dəqiqə) fərqlənib, “Fiorentina”dan isə Nikola Milenkoviç (6-cı dəqiqə) və öz qapısına qolu vuran Herman Pesselya (53-cü dəqiqə) fərqləniblər.Yuventus 87 xal toplayıb və çempionatın bitməsinə 5 tur qalmış onun izləyicisi “Napoli” (67 xal) üçün əlçatmaz olub.xeber100.com