Futbol üzrə İtaliya kuboku yarışlarının finalçılarına aydınlıq gəlib.Azərtac xəbər verir ki, kubokun son qalibi “Yuventus” yenidən həlledici matça vəsiqə əldə edib.“Qoca sinyora” yarımfinal mərhələsində “Atalanta” üzərində qələbə qazanıb. İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan turinlilər doğma azarkeşləri önündə keçirdikləri cavab matçında da 1 qolla qalib gəliblər.Günün ikinci yarımfinalı “Olimpiya” stadionunda baş tutub və “Latsio” “Milan”ı qəbul edib. Həm ilk, həm də cavab oyununun əsas və əlavə vaxtında hesab açılmayıb. “Milan” rəqibinə penaltilər seriyasında qalib gəlib – 5:4.Final oyunu mayın 9-da Romadakı “Olimpiya” stadionunda baş tutacaq.Qeyd edək ki, “Milan” final matçında “Yuventus”la qarşılaşacaq. Bu komanda, həmçinin Avropa Liqasının 1/8 finalında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək. İlk oyun martın 8-də Milanda, cavab oyunu isə bir həftə sonra Londonda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…