İtaliyanın “Yuventus” klubu İngiltərə “Liverpul”un futbolçusu Emre Canı heyətinə qatıb.Azərtac klubun rəsmi “Twitter” hesabına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq Turin şəhərindədir. Türk əsilli almaniyalı oyunçunu İtaliya təmsilçisinin nümayəndələri qarşılayıblar. O, tibbi müayinədən keçdikdən sonra “Yuventus”la rəsmi müqavilə imzalayacaq.Qeyd edək ki, Emre Can 2014-cü ildən “Liverpul” klubunun formasını geyinir. Almaniya millisinin də şərəfini qoruyan oyunçu Rusiyada keçirilən dünya çempionatında zədə səbəbindən iştirak edə bilməyib.Komandanın növbəti hədəfi Rusiyanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) yarımmüdafiəçisi Aleksandr Qolovindi. “Yuventus” klubunun ilkin təklifi 17 milyon avro məbləğində olub. MOİK isə futbolçunun keçidi üçün 25 milyon avrodan aşağı məbləğə razı olmayacağını bildirib. “Yuventus” həftənin sonunda qiyməti 18 milyon avroya qaldırmaq niyyətindədir.Aleksandr Qolovin 2015-ci ildən MOİK-in şərəfini qoruyur. Keçən mövsüm Rusiya çempionatının ən yaxşı gənc oyunçusu seçilən 22 yaşlı A.Qolovin MOİK-in heyətində 43 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…