“Yuventus” klubu “Mançester Siti”nin baş məşqçisi ilə maraqlanır

6 Mart 2019 15:02

Xəbər 512 dəfə oxunub

“Yuventus” “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə maraqlanır.Milli.az xəbər verir ki, İtaliya klubunun nümayəndələri artıq təcrübəli mütəxəssislə iki dəfə görüşüblər. Ancaq onu razı salmağın çətin olduğu bildirilib. Çünki Qvardiolanın “Mançester Siti” ilə 2021-ci ilə yayında başa çatacaq müqaviləsi var və bu klubda ilinə 23 milyon avro qazanır.Qeyd edək ki, “Yuventus”un hazırkı baş məşqçisi Massimiliano Alleqridir.xeber100.com