“Yuventus”un qapıçısı “Barselona” komandası ilə müqavilə bağlaya bilər

13 May 2021 16:39

Xəbər 450 dəfə oxunub

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon yayda İspaniyanın “Barselona” komandası ilə müqavilə bağlaya bilər.Azərtac xəbər verir ki, 43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir. Rəhbərlik italiyalı oyunçuya əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzedicisi kimi baxır.Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə “Parma”dan “Yuventus”a transfer olunub. 2018/2019-cu il mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon “Yuventus”da 683 oyunundan 322-də qol buraxmayıb.xeber100.com