Aprelin 11-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda İtaliyanın “Yuventus” komandası (Turin) doğma meydanda “Barselona”nı (İspaniya) qəbul edib.Azərtac xəbər verir ki, komandalar arasında sayca səkkizinci olan qarşılaşmada turinlilər 3:0 hesabı ilə qalib gəliblər.Oyunda hesab matçın 7-ci dəqiqəsində açılıb. “Yuventus”un argentinalı legioneri Dibala cərimə meydançasına ötürmədən sonra dəqiq zərbə ilə hesabı açıb – 1:0. On beş dəqiqə sonra kataloniyalıları əks-hücumda yaxalayan “Yuventus” ikinci topu “Barselona”nın qapısından keçirib. Bu dəfə də Dibala adını tabloya yazdırıb. Matçın 55-ci dəqiqəsində isə topa başla dəqiq zərbə endirən Kyellini “Yuventus”un qələbəsini rəsmiləşdirib – 3:0. Matç bu hesabla da başa çatıb.Beləliklə, ilk oyunda “Barselona”ya 3:0 hesabı ilə qalib gələn “Yuventus” cavab matçı üçün sərfəli nəticə əldə edib.Qeyd edək ki, “Yuventus”-“Barselona” matçı ilə paralel keçirilməli olan “Borussiya Dortmund”-“Monako” qarşılaşması ev sahibi komandanın futbolçularını daşıyan avtobusun yaxınlığında törədilən partlayışlarla əlaqədar təxirə salınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…