Martın 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində “Yuventus” komandası “Portu”, “Lester Siti” klubu isə “Sevilya” ilə cavab oyunu keçiriblər.Azərtac xəbər verir ki, Turində keçirilən oyunda “Yuventus” Portuqaliya təmsilçini 1:0 hesabı ilə məğlub edib. Turinlilərin heyətində Dibala matçın 42-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İlk oyunda 2:0 hesabı ilə qalib gələn “Yuventus” iki görüşün nəticəsinə görə dörddəbir finala vəsiqə qazanıb. Bununla da İtaliya təmsilçisi onuncu dəfə dörddəbir finalda oynamaq hüququ əldə edib.İlk görüşdə İspaniyada “Sevilya” komandasına 1:2 hesabı ilə məğlub olan “Lester Siti” doğma meydanda əzmkarlıq nümayiş etdirərək 2:0 hesabı ilə qalib gəlib. Oyunun 27-ci dəqiqəsində Morqanın və 54-cü dəqiqəsində Olbraytonun qolları lesterliləri dörddəbir finala çıxarıb.UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə bu gün keçiriləcək “Atletiko Madrid”-“Bayer Leverkuzen” və “Monaco”-“Mançester Siti” görüşləri ilə yekun vurulacaq. “Bavariya”, “Real Madrid”, “Barselona” və “Borussiya Dortmund” dörddəbir finala vəsiqəni artıq təmin ediblər.Dörddəbir final mərhələsinin püşkü martın 17-də İsveçrənin Nyon şəhərində atılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…