“Yuventus” və “Milan” arasında oyun Səudiyyə Ərəbistanında keçiriləcək 

7 İyun 2018 11:40

Xəbər 610 dəfə oxunub

Futbol üzrə İtaliya Superkuboku uğrunda “Yuventus” və “Milan” komandaları arasında oyun Səudiyyə Ərəbistanında keçiriləcək. “Calciomercato” saytı xəbər verir ki, komandaların görüşünün avqustda keçirilməsi nəzərdə tutulsa da, matçın vaxtı 2019-cu il yanvarın 13-nə dəyişdirilib. Beləliklə, görüş həmin tarixdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində oynanılacaq.Bununla əlaqədar əldə olunan razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı Futbol Federasiyası İtaliya Futbol Federasiyasına 7 milyon avro vəsait ödəyəcək. Məbləğin 45 faizinin “Yuventus” və “Milan” komandaları arasında bölüşdürülməsi nəzərdə tutulur.xeber100.com