Zəfər Gününə həsr olunmuş 3×3 basketbol üzrə turnir keçirilib

27 Oktyabr 2022 14:52

Xəbər 404 dəfə oxunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xətai Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 269 nömrəli tam orta məktəbin meydançasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 3×3 basketbol üzrə turnir keçirilib.Gərgin idman mübarizəsi şəraitindən keçən yarışda 269 nömrəli tam orta məktəbin komandası birinci olub. 17 nömrəli tam orta məktəb yarışı ikinci, 27 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillədə yer alıblar.xeber100.com