Səudiyyə Ərəbistanında Ümrə ziyarəti üçün ölkəyə gələnlərə yeni qaydalar tətbiq etmək təklif olunub. Türkiyə mətbuatının məlumatına görə, qaydaların qüvvəyə minəcəyi təqdirdə, Ümrəyə birinci ziyarət istisna olmaqla gələn hər bir müsəlman 540 dollar ödəməlidir. Bu təklifə ilk etiraz Türkiyədən gəlib. Həcc və Ümrə Səyahət Agentliyinin üzvü olan turizm şirkətlərinin nümayəndələri bir araya gələrək təklifin geri götürülməsini istəyiblər. Qurumun rəhbəri Məhmət Uzunər bu addımın yanlış olduğunu bildirib: “Bu qərar İslam aləmində ciddi etirazlarla qarşılanacaq, çünki hər bir müsəlmanın ürəyində Kəbəni görmək arzusu var”. Uzunərin sözlərinə görə, hazırda Məkkəyə uçmaq istəyənlərin sayı artıq azalıb. O, məsələyə Türkiyə Diyanət İşləri Başqanlığının da münasibət açıqlamasını vacib hesab etdiyini deyib. Bu arada Misir və İordaniyada da vətəndaşların Ümrə ziyarətinə getməkdən vaz keçəcəkləri bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…