Zambiya millisinin cüdo üzrə heyəti açıqlanıb

21 May 2018 12:56

Xəbər 752 dəfə oxunub

Zambiya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Bakı mundialında 4 zambiyalı cüdoçu tatami üzərinə çıxacaq.Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Mathevs Punza, Steven Munqandu (hər ikisi 66 kq) və Andre Kasvanqa (81 kq) şans verəcək.Qadınların mübarizəsində isə Raçel Masuku (63 kq) birincilik uğrunda mübarizə aparacaq.Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.xeber100.com