“Azərbaycanfilm” kinostudiyası Azərbaycanın kino tarixində ən önəmli yeri olan bir sənət ocağıdır desək, yəqin ki, yanılmarıq. Bəlkə də ona görə ki, illərdir maraqla baxdığımız filmlərimizin yaranışı elə məhz həmin kinostudiyadan başlayıb. Kimlər gəlib keçməyib bu sənət ocağından-ustadlar, sənətkarlar, korifeylər, bəstəkarlar və daha kimlər…Onların əksəriyyəti artıq dünyasını dəyişsə də, düşünürəm ki, həmin insanların ruhu daima ordadır və yeni-yeni yaranan sənət nümunələrini izləyirlər. Bu bəlkə də mistik bir düşüncə tərzidir, ancaq eturaf edək ki, həyatın gerçəyi elə həmin mistikadan başlayır. Mətləbdən uzaqlaşmayaq, bir vaxtlar ustadların çalışdığı kinostudiyada artıq yeni nəsil çalışır…Onların arasında Zamin Məmmədov adlı bir rejissor var ki, daima yaşıdlarından seçilib. Onu hər zaman tələsən görürəm, sanki vaxtdan daha səmərərli istifadə etmək üçün özünü günün bütün saatlarına çatdırmaq istəyir…Qısametrajlı, sənədli filmlər rejissoru kimi fəlaiyyət göstərən Zamin Məmmədov əslində böyük kinoya elə böyük film çəkmək üçün gəlib və bu arzusunu tezliklə reallaşdırmaq fikrindədir. Beləlilə xeber100.com saytımızın qonağı gənc rejissor Zamin Məmmədovdur.
TANITIM: Məmmədov Zamin Məmmədmusa oglu 1981- ci ildə Şabran rayonunda ziyali ailəsində anadan olub.1988 – 1998-ci illərde Şabran rayon 2 sayli orta məktəbdə təhsil alıb.1999 – 2000-ci illərdə hərbi xidmət yolu keçib.2003-2007-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejisorluq fakultəsinə təhsil alıb. Həmin universiteti fərqlənmə diplomuyla bitirib. Təhsilini bitirdikdən sonra bir sıra telekanallarda çalışıb. Son 10 ildə fəaliyyətini “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi davam etdirir.
– Maraqlıdır, regissor olmasaydınız başqa hansı peşəni seçərdiniz və ya sizi rejissorluğa həvəsləndirən məqamlar hansılar idi?
– Müəllim ailəsində böyümüşəm, valideynlərim mənim həyatımda sadəcə ata-ana deyil, eyni zamamnda pedaqoq kimi də böyük rol oynayıb. Baxmayaraq ki, uşaqlıq illərində çox çılğın, xəyalpərəst, bəlkə bir qədər macərapərəst idim. Gördüyüm hər kiçik məqam belə diqqətimi çəkir, məni maraqlandırırdı, özlüyümdə fantaziyalar qururdum, əslində özümü hər sahədə görməyi elə uşaqlıq illərində sınamışam. Çünki kiçik yaş dövrü maraq dairəmizin formalaşamsında rol oynadığı kimi, özümüzü tanımağımızda da, peşə seçimində də böyük rol oynayır. Elə bir peşənin sahibi olmaq istəyirdim ki, əvvəla daima özümü azad hiss edim, ikincisi isə mütləq yaradıcı bir şey olsun. Bu baxımdan da çox düşünürdüm və axtrışa davam edirdim. Məsələn, boş vaxtım olan kimi qonşuluqda olan avtomobil ustasının yaynına gedir, ondan aftomobillərin mexanizimini öyrənirdim.
– Zənnimcə, müəllim ailəsində böyümək elə həyata ciddi baxmaq deməkdir. Yəqin ki, orta məktəb, ali məktəb həyatı tam ciddiyyət üzərində qurulub, tələbkarlıq çox olub?
– Əlbəttə ki, bu mütləqdir. Əvvəla mən orta məktəb illərində olduğu kimi ali məktəbdə də dəsrlərimə çox ciddi yanaşmışam ki, bunda da, qeyd etdiyim kimi valideynlərimin rolu olub. Nə qədər çox hər hər peşəylə maraqlanırdımsa, bir o qədər çox seçəcəyim peşənin həyatımda nə kimi rol oynayacağı məsuliyyətini də böyük həyəcanla yaşayırdım, hətta gözləyirdim. Çünki insanın şəxsiyyət kimi formalaşmasında seçimlərin böyük önəmi Aftomobillərin mexanizimini öyrəndiyim zaman düşünürdüm ki, orta məktəbi bitirdiyim zaman sənədlərimi Texniki Universitetin Avtonəqliyyatın tənzimlənməsi fakultəsinə verəcəyəm. Eyni zamanda incənətə həvəsim var idi. Musiqi kasetlərindən ibarət yüzlərlə kolleksiya toplamışdım və hər axşam onları dinləyərək xəyalən müxtəlix personajları gözümün önünə gətirirdim. Bu mənə o qədər zövq verirdi ki, hətta özümü rejissor kimi də təsəvvür edirdim, guya ki, film çəkirəm. Ancaq bu xəyaldan heç kimə bəhs etmirdim, düşünürdüm ki, rejissor olmaq əlçatmaz arzudan başqa bir şey deyil. Ola bilsin ki, böyüdüyüm mühit də mənim bu arzima qarşı çıxırdı, hər halda mən belə düşünürdüm
– Atalar yaxşı deyib: Sən saydığını say, gör fələk nə sayır…
– Doğrudan da yerində deyilmiş bir deyimdir. Həyat möcüzələrlə dolu olduğu kimi, elə sürprizlərlə də doludur. Sənədlərimi texniki universitetə vermişdim, imtahanlara bir gün qalmış səhhətimdə problem yarandı.Həmin ərəfədə sadəcə bir üzücü məqamı xatırlayıram, gözümü xəstəxanada açdım, əməliyyat olunmuşdum və həmin gün imtahan idi…Bir sözlə, imtahana girə bilmədim və nəticədə də yaşıdlarım ali məktəbə daxil olmanın sevincini yaşadığı zaman mən sadəcə incimiş, küsmüş bir durumda idim. 18 yaşım tamam olunda hərbi xidmətə yollandım. Azərbaycanın secmə qowunlarında xidmət edirdim və bu qoşunlar sülhməramlı qowunlar olduğu üçün bir çox ölkələrdə təlimlərdə iştirak edir, Azərbaycan ordusunu təmsil edirdik. Bu şərəfli yol məni daha böyük əzmlə gələcək haqqında planlar qurmağa səsləyirdi.
– Qeyd etdiniz ki, Azərbaycan ordusunu bir çox dünya ölkələrində təmsil etmisiniz. Bu qürurverici olduğu qədər də, insanın dünyagörüşünün formalaşmasına da geniş şərait yaradır, eyni zamanda yaş artır və təcrübə də bütün bu keyfiyyətlərlə üst-üstə düşür…
– Tamamilə haqlısınız…Dünya ölkələrini hələ 18 yaşda görmək, arzularımın istiqamətini belə dəyişməyə kifayət Mənə elə gəlir ki, həyatımın ən önəmli qərarını verdiyim zaman, yaxşı mənada rejissor Samir Qasımovun təsirini hiss etdim. Onunla əsgərlikdə tanış olduq, dost, qardaş olduq. Söhbət zamanı deyəndə ki, rejissordur, sanki itirdiyim bir şeyi tapdım. Sənətlə bağlı söhbətlərimiz çox olurdu, ondan hər şeyi öyrənmək istəyirdim. Artıq tam əmin idim ki, rejissor olmaq istəyirəm, Samirə bu qərarımı deyəndə mənə dəstək verəcəyinə söz verdi.
HAŞİYƏ: Həmin ərəfədə Azərbaycanın sülhməramlı qoşunları Yuqoslaviyanın Kosova vilayətindəki hərbi əməliyyatlarda iştirak etmək üçün həmin ölkəyə ezam olunurlar. Əsgərlər hərbi təlimlərdə böyük şücaət göstərdiklərinə görə NATO-nun qəhrəmanlığa görə medalıyla təltif olunurlar. Onlar arasında Zamin Məmmədov da var idi.
– Əsgərlikdən sonrakı həyat çətin olmadı ki?
– Çətin olmadı, əksinə vətənə dönüncə böyük bir güclə iş fəaliyyətinə başladım. Samir Qasımov rejissorluq fəaliyyətinə telekanalların birində başladı və məni də özünə rejissor köməkçisi olaraq götürdü. Sonrakı proseslərdə Samir məni İncəsənət Universiterində təhsil almağa istiqamətləndirdi, kinorejissorluq fakultəsinə qəbul olundum. Bəlkə də həyatımda ən böyük sevinci məhz həmin gün yaşadım, təhsilimi qırmızı diplomla başa vurdum, heyif ki, bütün bunları görmək Samir Qasımova qismət olmadı. Ancaq onun mənim həyatımda yeri əbədi və əzəlidir. Maddi və mənəvi olaraq həyatımda rol oynayan Samir bir rejissor kimi hər zaman mənə örnək oldu və mən hazırda belə gördüyüm hər işdə onu düşünərək addım atıram, sanki ondan xeyir-dua alırmış kimi…Düşünürəm ki, mən elə rejissor olaraq doğulmuşam, əgər qismətimdə başqa bir peşə olsaydı, həmin peşənin də öhdəsindən layiqli şəkildə gələrdim.
– Azərbaycan kinematoqrafiyası böyük tarixi bir yol keçib. Bir vaxtlar ustad rejissorların tarix yazdığı məkanda çalışmaq, yəqin ki, böyük məsuliyyət tələb edir. Bu məsuliyyət hissi sizə nə deyir və ya belə bir məsuliyyətin öhdəsindən gəlmək çətin deyil ki?
– Azərbaycan kinosu şəxsən mənim üçün böyük məktəbdir. Bu məktəbin pedaqoqu olan rejissorlar isə hər biri öz üslubu, dəst-xətti ilə seçilib. Bir çox rejissorlarımız var ki, onların işindən, sözün yaxşı mənasında bəhrələnirəm. Məsələn, Əlisəttar Atakişiyev quruluş verdiyi filmlər daima diqqətimdədir. O, Azərbaycan kinosunda incəsənətin bir neçə növünü bilməklə və filmlərində bu qabiliyyətindən ustalıqla seçilməyiylə, bir sözlə milli kiinomuza bəxş etdiyi sənət nümunələriyilə daima fəqlənib. Eyni zamanda Kamil Rustəmbəyov, Şamil Mahmudbəyov, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Arif Babayev kimi rejissorların filmlərindən bəhrələnirəm və mütəmadi olaraq hər birinin üslubuna müraciət edirəm.
– Bəhs etdiyiniz rejissorların filmlərində olan hansı kadrlar və ya hansı personajlar sizi daha çox düşündürür?
– Əslində bu rejissorların filmləri sanki düşüncə üzərində quruluib və hər kadrı da tamaşaçını düşündürür. Əlisəttar Atakişiyevin nağıl-fantastika aləminə dərindən bələd olması çəkdiyi uşaq filmlərində özünü büruzə verib. Və quruluş verdiyi filmlərdə geyim, qrim rəssamlarının peşəkarlığına, operator işinin dəqiqliyinə diqqət yetirər, fon və ön plan kadrlarının qüsursuzluğuna çalışıb. Bİldiyimiz kimi əfsanəvi-fantastik mövzulu filmlərdə quraşdırma səhnələr çoxluq təşkil edir. “Sehrli xalat” filminin Ay səthini əks etdirən kadrları o dövr üçün yenilikdən xəbər verirdi.
– Hətta həmin kadrlar SSRİ məkanında olan rejissorların marağına səbəb olmuş və sonralar həmin rejissorlar da filmlərində bu yenilikdən istifadə ediblər.
– Bütün bunlar bir daha təsdiq edir ki, biz başqa respublikalarda olan yeniliklərə müraciət etdiyimiz kimi, onlar da eyni vaxtda bizdə gördüklərindən bəhrələniblər. Bizim rejissorların hər biri o dövrdə bir tarix yaradıb. Məsələn, arxa cəbhədə yaşayan uşaqların həyatından bəhs edən “Şərikli çörək” filmində müharibə dövrünün uşaqlarına bənzəyən azyaşlı aktyorların seçimi rejissor Şamil Mahmudbəyov tərəfindən ustalıqla aparılıb. Uşaqların bir qarnı ac, bir qarnı tox təsvirləri buna canlı misaldır. Bir qədər müasir dövrü canlandıran başqa bir sənət nümunəsində-Arif Babayevin “Gün keçdi” filmində tamam fərqli mənzərə ilə qarşılaşırıq. Müasir həyatımız, iki gəncin arasında olan saf hisslər və baş tutmayan sevda. Görün filmdə lirik səhnələr nə qədər çoxluq təşkil edir və tamaşaçını düşündürür. Ümumiyyətlə filmlərdə olar tərbiyəvi əhəmiyyət çox önəmlidir ki, bu da rejissorlarımızın filmlərində özünü göstərir.
– Qeyd etdiniz ki, əksər rejissorlarımzızın filmlərindən bəhrələnirsiniz. Elə isə özünüzü rejissor kimi hansı janrda tapırsınız?
– Etiraf edim ki, bir rejissor kimi janrımı tam olaraq müəyyənləşdirməmişəm. Yəqin bu, gələcəkdə görəcəyim işlərdən asılı olacaq. Hazırda mənə verilən bütün imkanlardan istifadə edərək mükəmməl bir film çəkmək istəyirəm. Bu mənim ən böyük arzumdur və inanıram ki, ilk müraciət etdiyim tam metrajlı bədii filmlə çox söz deyə biləcəyəm., tamaşaçı auditoriyasını düşündürəcəyəm. Bildiyiniz kimi dövlət sifarişilə sənədli filmlər, qısametrajlı filmlər çəkmişəm. Doğrudur çədiyim bu filmlərdə qeyri-adi heç nə etməmişəm, ancaq onların hər biri tarixdir və 100 il sonra da öz aktuallığını qoruyub saxlayacaq.Yeri gəlmişkən, ilk filmimi 2009-cu ildə Eldar Quliyevin bədii rəhbərliyiylə (“Debüt” studiyası, “Psixiatr” qısametrajlı bədii film) çəkmişəm. 2016-cı ildə “Onun atası” adlı qısametrajlı bədii filmə quruluş verdim. İlk filmə quruluş verdiyim zaman nə qədər təcrübəsiz olsam da, bu iş mənim həyatımda sınaq rolunu oynadı. İkinci filmim bir çox ölkələrin festivallarında əsas proqramda nümayiş olunub, hətta filmin ilk təqdimatı İtaliyada baş tutub.
– Əslində qısametrajlı filmlər, rejissoru tammetrajlı filmlər üçün hazırlayır və rejissorlarımızın hər biri bu yoldan keçib ki, nəticədə də böyük uğur qazanıblar.
– Mən də hər zaman düşünürəm ki, qısametrajlı filmlər çəkmədən necə böyük kinoya gəlmək olar?! Təcrübə o qədər önəmlidir, demək olar ki, illərlə qazanılan təcrübə sonrakı prosesdə çətinliklərin öhdəsindən gəlməyə şərait yaradır və artıq heç bir şey çətin görünmür. Son 10 ildir ki, “Azərbaycanfilm” kinostudiyasında çalışıram. Əvvəlki illərdə olduğu kimi kinostuidiyamız yenə də hər il sənət nümunələri yaradır. Dövlət tərəfindən ayrılan maliyyə hər il yeni-yeni sənət nümunələrinin yaranmasına şərait yaradır. Rəhbərlik mənim əməyimi, gördüyüm işləri qiymətləndirir və mənim çalışmağım üçün şərait yaradılıb. İnanıram ki, tezliklə böyük kinoya gəlişimi quruluş vermək istədiyim sənət nümunəsi ilə təsdiq edəcəyəm…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…