Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürəcək

1 Sentyabr 2021 09:33

Xəbər 359 dəfə oxunub

Sentyabrın 24-də Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürəcək. Yarışda Azərbaycanı 6 cüdoçu təmsil edəcək. Belə ki, Davud Məmmədsoy, Balabəy Ağayev (hər ikisi 60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Məmmədəli Mehdiyev (90 kq), İmran Yusifov (100 kq-dan yuxarı) medallar uğrunda mübarizə aparacaqlar.Turnir sentyabrın 26-dək davam edəcək.xeber100.com