Kanadanın “Zenith Energy Ltd.” şirkətinin törəməsi “Zenith Aran Oil Company Limited” tərəfindən Azərbaycanın quruda yerləşən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokdakı “M-195” quyusunun əsaslı təmirinə başlanılıb.Azərtac xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, Muradxanlıdakı “M-195” və “M-45” şirkətin “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlar blokunda geoloji-texniki tədbirləri nəzərdə tutan proqramı üzrə təmiri planlaşdırılan ilk iki quyudur.Xatırladaq ki, keçən ilin avqustunda “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokdan hasilatın pay bölgüsü sazişi çərçivəsində ilk neft hasil olunub.Qeyd edək ki, 2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…