“Zirə” futbol klubu braziliyalı qapıçı transfer edir

28 Avqust 2020 13:21

Xəbər 1349 dəfə oxunub

Bakının “Zirə” futbol klubu braziliyalı qapıçı transfer edir.“Globesporte” saytı xəbər verir ki, Bakı təmsilçisi braziliyalı Mateus Albino Carneiro ilə anlaşıb. İyirmi beş yaşlı oyunçu Braziliya C Seriyasında çıxış edən “Londrina” ilə müqaviləsini ləğv edir.Futbolçu yaxın günlərdə Bakıya gələcək. Mateus Albino Carneiro “Zirə”yə keçidini təsdiqləyib.Qeyd edək ki, Mateus Albino Carneiro 2018-ci ilin noyabrından “Londrina”da çıxış edib.xeber100.com