“Zirə” futbol klubu bu gün növbəti yoxlama görüşünü keçirəcək

6 İyul 2022 13:18

Xəbər 338 dəfə oxunub

Türkiyə təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu bu gün növbəti yoxlama görüşünü keçirəcək.Baş məşqçi Rəşad Sadıqovun komandası Türkiyə Birinci Liqasında çıxış edən “Eyüpspor” klubu ilə üz-üzə gələcək. Boluda oynanılacaq görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək.Qeyd edək ki, Bakı təmsilçisi ilk yoxlama görüşündə Rumıniyanın “Hermanşdadt” klubuna 1:2 uduzub.xeber100.com