“Zirə” futbol klubu daha 3 futbolçusu ilə yollarını ayırıb

27 May 2021 23:17

Xəbər 462 dəfə oxunub

Bakının “Zirə” klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, qapıçı Mateus Albino, yarımmüdafiəçi Elvin Camalov və vinger Rodriqo Bonqonqui ilə müqavilə başa çatıb.“Zirə” onlara göstərdikləri xidmətləri qarşılığında təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.Qeyd edək ki, “Zirə” daha əvvəl Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla əməkdaşlığa son qoyub. Qəsəbə təmsilçisi əvəzində “Sabah”dan yarımmüdafiəçi Təmkin Xəlilzadəni və “Sumqayıt”dan qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.xeber100.com