“Zirə” futbol klubu daha bir futbolçu ilə güclənib

28 İyun 2017 11:47

Xəbər 694 dəfə oxunub

Bakının “Zirə” klubu Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib.Azərtac kluba istinadla xəbər verir ki, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub. Klubla müdafiəçi arasında “1+1” il şərti ilə müqavilə imzalanıb.Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Styaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyinib. Son mövsümü Polşanın “Qurnik” klubunda keçirən Matey, həmçinin Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.xeber100.com