“Zirə” futbol klubu daha bir legioner ilə yolları ayırıb

27 Yanvar 2020 14:47

Xəbər 720 dəfə oxunub

Paytaxtın “Zirə” futbol klubu daha bir legioner ilə yolları ayırıb.Azərtac xəbər verir ki, 27 yaşlı Robin Nqalandenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Paytaxt klubu ilə cari mövsümün sonunadək müqaviləsi olan R.Nqalande ötən ilin yanvarından “Zirə”də çıxış edirdi.“Zirə” qış fasiləsində haitili Soni Norde ilə də yollarını ayırıb.xeber100.com