“Zirə” futbol klubu ikinci yoxlama oyununu keçirib

23 Yanvar 2017 11:29

Xəbər 932 dəfə oxunub

“Zirə” futbol klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.Klubdan Azərtac-a bildiriblər ki, komandamız Bolqarıstan təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib.Qarşılaşmanın ilk dəqiqələrindən etibarən “qartallar” rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsalar da, fasiləyə qədər hesab açılmayıb. Oyunun ikinci hissəsində də topa nəzarət daha çox komandamızın tərəfində olub. Oyunun 70-ci dəqiqəsində Aleksandr Şemonayevlə rəqib oyunçu arasında yaranan mübahisə hər iki futbolçunun qırmızı vərəqə alması ilə nəticələnib. Son dəqiqələrdə isə Bolqarıstan təmsilçisi cərimə zərbəsi ilə hesabı açıb. Bu qol oyunda yeganə olub və “Zirə” yoxlama oyununda uduzub – 0:1.xeber100.com