Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” futbol klubu ikinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Kamerunun “Kolumbe Sportivo” klubu ilə üz-üzə gəlib.Oyuna sürətli başlayan “qartallar” erkən qollarla rəqibi sarsıdıblar. “Zirə”nin yeni transferi Kervens Belfor ilk 5 dəqiqədə dublunu rəsmiləşdirib. Fasiləyə qədər Riçard Qadze 2, Təmkin Xəlilzadə və Orxan Əliyev isə bir qola imza atıblar. İlk yarı “Zirə”nin 6:0 hesablı qələbəsi ilə başa çatıb.İkinci hissədə isə Sadiq Quliyev və Müşfiq İlyasov rəqib qapısına yol tapıblar. “Zirə” kamerunlular üzərində 8:0 hesablı qələbə qazanıb.İlk yoxlama oyununda Bakı “İnter”ini 2:0 hesabı ilə məğlub edən “Zirə” iyunun 20-də keçiriləcək sonuncu yoxlama oyununda Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…