“Zirə” futbol klubu milli komandada 7 futbolçu ilə təmsil olunub

18 May 2020 11:12

Xəbər 593 dəfə oxunub

Bakının “Zirə” klubu indiyədək Azərbaycan milli komandasında 7 futbolçu ilə təmsil olunub.Azərtac xəbər verir ki, qəsəbə təmsilçisinin futbolçuları müxtəlif vaxtlarda ölkənin əsas yığmasında ümumilikdə 14 matç keçirib. Onların arasında rekordçu Cavid Hüseynovdur. “Qartallar”ın kapitanı millidə 5 dəfə “Zirə”ni təmsil edib.Klub tarixinə Azərbaycan yığmasındakı ilk nümayəndə kimi düşən Elvin Məmmədov 3 dəfə “Zirə”nin üzvü kimi millinin formasını geyinib.xeber100.com