“Zirə” futbol klubu təlim-məşq toplanışına start verib

12 İyun 2017 12:25

Xəbər 976 dəfə oxunub

Mayın 24-dən Bakıda təlim-məşq toplanışına start verən “Zirə” futbol klubu hazırlığın ilk mərhələsini iyunun 9-da başa vurub.Azərtac kluba istinadla xəbər verir ki, “qartallar” hazırlığın ikinci mərhələsinə başlayıblar.Komanda Türkiyənin Bolu şəhərinə yola düşüb və ilk məşqinə çıxıb. Hazırlığın bu mərhələsində baş məşqçi Ayxan Abbasovun komandası 3 yoxlama oyunu keçirməyi planlaşdırır.“Zirə” iyunun 13-də Kamerunun “Kolombe Sportive”, bir həftə sonra isə Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Daha bir yoxlama oyunu isə iyunun 17-də və ya 16-da keçiriləcək.xeber100.com