“Zirə” futbol klubu UEFA Avropa Liqasında debüt edəcək

29 İyun 2017 10:57

Xəbər 1011 dəfə oxunub

Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasında debüt edəcək.Azərtac xəbər verir ki, turnirin birinci təsnifat mərhələsində mübarizə aparacaq “Zirə” Lüksemburqun “Differdange” komandasını qəbul edəcək.Matçı qazaxıstanlı hakim Daniyar Saxi idarə edəcək. Ona həmyerliləri Yuriy Tixonyuk və Alibek Aubakirov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marat İskakov yerinə yetirəcək.Qarşılaşmanın UEFA nümayəndəsi türkiyəli Cem Cenk, hakim-inspektoru isə İqor Satki (Moldova) olacaq.“Zirə”- “Differdange” oyunu saat 21:00-da “Dalğa Arena”da start götürəcək.xeber100.com