“Zirə” futbol klubu yoxlama matçı keçirəcək

20 Mart 2023 12:06

Xəbər 318 dəfə oxunub

“Zirə” futbol klubu milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə yoxlama matçı keçirəcək.

Klub xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq.

Martın 25-də Zirə İdman Kompleksində keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” Azərbaycan Premyer Liqasında 37 xalla turnir cədvəlində dördüncü, “Şamaxı” isə 20 xalla doqquzuncu pillədə qərarlaşıb.