“Zirə” futbol klubu yoxlama oyunu keçirəcək

6 Yanvar 2017 13:01

Xəbər 785 dəfə oxunub

“Zirə” futbol klubu Azərbaycan Premyer Liqasının ikinci hissəsinin hazırlığına start verib.Klubdan Azərtac-a bildiriblər ki, komanda baş məşqçi A.Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb. “Qartallar” yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan sonra komanda bir günlük istirahətə buraxılacaq.“Zirə” yanvarın 16-da hazırlıq mərhələsinin ikinci hissəsi üçün Antalyaya yola düşəcək. Komanda Antalyada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək.xeber100.com