“Zirə” futbol klubunun iki legioneri milli komandaya dəvət alıb

3 Mart 2023 13:26

Xəbər 302 dəfə oxunub

Bakının “Zirə” klubunun iki legioneri milli komandaya dəvət alıb. Bunlar İssa Cibriela və Toni Qomesdir. Cibriela Niger, Qomes isə Qvineyu-Bisau yığmasına çağırılıb. Niger yığması Afrika Millətlər kuboku yarışlarının seçmə mərhələsində martın 23-də və 27-də Əlcəzairlə qarşılaşacaq. Qvineya-Bisau isə həmin yarışda Nigeriyaya (24 və 27 mart) rəqib olacaq.xeber100.com