“Zirə” futbol komandasının hazırlıq planı müəyyənləşib

17 İyun 2021 14:39

Xəbər 456 dəfə oxunub

Bakının “Zirə” futbol komandasının mövsümlərarası hazırlıq planı müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, komanda məşqlərə iyunun 24-də start verəcək. Hazırlığın Bakı mərhələsi iyulun 16-dək davam edəcək. “Zirə” bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.Hazırlığın növbəti mərhələsi isə iyulun 18-dən Türkiyədə gerçəkləşəcək. Avqustun 1-dək davam edəcək toplanış müddətində Bakı təmsilçisi 4 yoxlama matçı keçirəcək.xeber100.com