“Zirə” klubu daha bir futbolçu ilə güclənib

10 İyun 2017 08:56

Xəbər 814 dəfə oxunub

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” klubu daha bir futbolçu ilə güclənib.Azərtac kluba istinadla xəbər verir ki, mərkəzi afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub. Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.İyirmi səkkiz yaşlı David Manqa Fransanın PSJ klubunun yetirməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu İsrailin “Hapoel Aşkelon” komandası olub.David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.xeber100.com