“Zirə” klubu növbəti yoxlama oyununu keçirib

15 Yanvar 2018 13:26

Xəbər 784 dəfə oxunub

“Zirə” futbol klubu yoxlama oyunu keçirib.Azərtac xəbər verir ki, əsas komanda əvəzedici heyətlə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş əsas komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.Matçda ilk iki qolu Vüsal İsgəndərli, digər iki qolu isə Mirsahib Abbasov vurublar. Legioner futbolçular hazırlıqlara gec qoşulduğuna görə baş məşqçi Ayxan Abbasov bu oyunda ancaq yerli oyunçuların xidmətindən yararlanıb.“Zirə” növbəti matçını yanvarın 19-da “Keşlə”yə qarşı keçirəcək.xeber100.com