“Zirə” klubu “Qəbələ”ni qəbul edib

28 Oktyabr 2017 17:54

Xəbər 1218 dəfə oxunub

Oktyabrın 28-də futbol üzrə Topaz Premyer Liqasında X turunun ikinci gününün sonuncu qarşılaşmasında “Zirə” klubu doğma meydanda “Qəbələ”ni qəbul edib.Azərtac xəbər verir ki, baş hakim Fariz Yusifovun idarə etdiyi görüşdə ev sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Görüşdə hesabı 18-ci dəqiqədə ev sahibləri açıblar. Milan Duriç 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Zirə”ni hesabda önə çıxarıb. Qarşılaşmanın 38-ci dəqiqəsində “Zirə” ikinci topu qonaqların qapısından keçirib. Sadio Tounkara adını taploya yazdırıb.Matçın ikinci hissində “Qəbələ” buraxılan qollardan birinin əvəzini çıxıb. Oyunun 71-ci dəqiqəsində Famussa Konne fərqlənib.Beləliklə, görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Bu qələbədən sonra “Zirə” 21 xalla ikinci pilləyə yüksəlib. “Qəbələ” klubu isə 19 xalla turnir cədvəlinin üçüncü pilləsinə enib.Turun sonuncu matçı oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi” və “Sumqayıt” komandaları arasında oynanılacaq.xeber100.com