İyunun 29-da Bakının “Zirə” futbol klubunun UEFA Avropa Liqasında debütü uğurlu alınıb.Azərtac xəbər verir ki, “Dalğa Arena”da keçirilən turnirin birinci təsnifat mərhələsində “Zirə” komandası Lüksemburqun “Differdange” komandası ilə qarşılaşıb.Qazaxıstanlı baş hakim Daniyar Saxinin idarə etdiyi oyuna Bakı təmsilçisi fəal başlayıb. Görüşün 22-ci dəqiqəsində “Zirə” komandası hesabı açıb. Bakı təmsilçisinin heyətində Riçard Qadze fərqlənib. Bu qolla “Zirə” avrokuboklarda qol sevinci yaşayan 15-ci Azərbaycan komandası olub. 1994-cü ildə qitə miqyaslı turnirlərdə debüt edən Azərbaycanın 18-ci təmsilçisi olan “Zirə”yədək 17 klubdan 14-ü qol sevinci yaşamışdı.Matçın 32-ci dəqiqəsində “Zirə”nin futbolçusu David Manqanın rəqib qapısına vurduğu güclü zərbəni qolkiper çətinliklə dəf edib. Görüşün ilk hissəsi “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.Görüşün 64-cü dəqiqəsində Riçard Qadze dubl etməyə yaxın olsa da, rəqib komandanın qapıçısının səhvindən yararlana bilməyib. Matçın 80-ci dəqiqəsində “Zirə” komandası azarkeşlərini sevindirib. Kervan Belforun qolu hesab arasındakı fərqi artırıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.Beləliklə, “Zirə” komandası 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu 1 həftə sonra Lüksemburqda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…