Təlim-məşq toplanışını Antalyada keçirən “Zirə” transfer çalışmalarını davam etdirir.Azərtac xəbər verir ki, yanvarın 21-də bakılıların sırasına daha bir futbolçu qoşulub. Belə ki, komanda nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.Karyerasına vətənində başlayan Akim bundan sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi, həmçinin Nigeriya yığmasının da formasını geyinib. Yığmada 6 matçda iştirak edən 27 yaşlı sağ cinah müdafiəçisinin son klubu “Alanyaspor” olub.Qeyd edək ki, bu, “Zirə”nin qış fasiləsində ikinci transferi olub. Komanda buna qədər “Qəbələ”dən müdafiəçi Sadiq Quliyevi heyətinə cəlb etmişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…