Avtobusun arxa oturacağında pəncərədən bayıra baxıb yolu müşahidə edirəm…Ətraf mühit qarışıq rəng çalarlarıyla gözümün önündən sürətlə ötüb gedir. Elə bil bu ağacların, binaların, insanların yanından keçən mən deyiləm.
…Bornovaya gedirəm, onu görməyə…Bir neçə dəfə onunla qısa bir söhbətimiz olmuşdu. İçimdə qəribə bir həyəcan vardı…Mənə elə gəlirdi ki, ziyarətinə getdiyim şəxs özü məni bu görüşə əvvəldən hazırlayır. O, məni məndən əvvəl ruhən ziyarət edib, iç dünyamı saflaşdırıb özünə doğru çəkirdi…Həyəcan dolu yol sona çatdı, soruşub öyrəndiyim ünvana doğru addımladığım zaman, birdən onun nurlu üzünü gördüm.Pəncərədən boylanıb həyətdə oynayan uşaqlara baxırdı. Məni gözləyirdi…Salamlaşdıq. Amma bu salamlaşma daha əvvəllər digər insanlarla olan salamlaşmaya bənzəmirdi. Qeyri-adiydi…Qəribə bir qorxu, hörmət və bitməyən sevgi varlığımı almışdı.. Bu halımın uçub gedəcəyindən qorxduğum üçün artıq bir şey düşünüb danışmaq istəmirdim. Qeyri-ixtiyari mənə yaxın olan masanın arxasında oturdum.O, rəfdən qəhvədan götürdü. Görünür ki, mənə türk qəhvəsinə qonaq etmək istəyirdi. Qəhvəni xüsusi bir zövqlə odun üzərinə qoydu, bir müddət gözlədi.Türklərdə belə bir deyim var, “könül söhbət istər, qəhvə bəhanə”…İçdiyim qəhvə mənə həyat şərbəti, kainatın sirrini içində gizlədən elm və hikmət suyu kimiydi. Hər qurtumumda yeni nəfəs, mənəvi canlanma duyurdum. Zaman dayanmışdı. O, zamanın axarını tutub əlində saxlamışdı. Elə bu anda ziyarətinə gəldiyim Burhan əfəndi təbəssümlə:
–İstanbulda bir dostum vardı. O da hey susardı, – dedi.Mən başımı astaca yuxarı qaldırıb ona baxdım və gülümsədim. Yenə də dinməzcə başımı aşağı saldım. Bir müddət beləcə davam etdi…
–Susmaq gözəldi, amma yerinə görə!– dedi o.
Birdən bir neçə il əvvəl düşünüb cavabını tapa bilmədiyim suallar yığını üstümə çullandı. Dərin fikrə qərq oldum… İnsanın bu dünyaya gəlişinin məqsədi, onun Allaha olan sevgisi, insanın özünü axtarışı, eşqin həqiqəti, aşiqlik prosesindəki məcazi və ilahi eşqin fərqi və bir çox suallar idi bunlar. Xalq arasında “qara sevda”deyə zikr olunan, xəstəlik olaraq bilinən bu ruhani vəziyyət məni içəridən parçalayırdı. Öldürürdü məni! Kim bilir?! Bəlkə də, yaşadırdı, bəlkə,elə əsl həyat budu?! Unuda bilmirdim onu. Hətta ona qovuşsam da nə dəyişəcək ki!? Sevdiyim xəyaldırmı, yoxsa ruhdurmu? Elə zamanlar olmuşdu ki, sevdiyimin, istədiyimin o deyil, öz varlığım olduğunu hiss etmişdim, və hətta…Görəsən düşdüyüm bu vəziyyətə caib bir xəstəliyin yəni“qara sevda”nın simptomlarıdırmı? Hələ o zamanlar mənimlə rəssamlıq məktəbində oxuyan uşaqlarla “ilahi kasetləri” dinləyib musiqinin ecazkar halından, mənalı sözlərindən qidalanardıq. Hə, belə çıxır ki, qara sevda xəstəliyinə tutulan tək mən deyildim. Biz tək deyildik… Dostlarımdan biri(Şahin) məni Buzovnada yerləşən “Əliayağı” adlanan ziyarətgaha aparmışdı, hətta orada mənə namazı da öyrətmişdi…Şahinlə söhbətimiz yaxşı tuturdu. Sənətdən, mistik-dini fəlsəfədən danışardıq(“İncəsənətdən ibadətə” bu mövzu məni çox maraqlandırmışdı o vaxtlar).Söhbət əsnasında elə hey durmadan maraqlı insan olan rəssam Eldar(Eldar Şəfiyev) haqqında danışardı…Sənətə və dinə məhəbbət onda vəhdət təşkil edirdi. Hətta deyilənə görə o hələ gənc tələbə vaxtlarında inanc yerimiz olan Baba dağında günlərlə ac-susuz qalıb öz iradəsini imtahana çəkmişdi. Amma son zamanlar yaxın dostlarlaməhz bu yerdə görüşüb söhbətləşərdi…Hə, bir də Əmircandakı evi…O,evinin qapılarınıbu cür söhbətlərə açmışdı… Quran oxunub ilahilər də söylənərdi orada.Nəsimi, Yunis Əmrə, Fizuli kimi dahilərindərin mənalı beytləri ətrafında söhbətlərin getdiyini də eşitmişdim. Elə rəssamlığın incəliklərindən, musiqidən də danışılardı. Bir sözlə, ürəkdən, səmimi, həm də maraqlı söhbətlər…Bir neçə il sonra gördüyüm heyrətamiz yuxu nəticəsində rəssam dostlarıma zəng elədim. Məni Əmircana dəvət elədilər. Çox gözəl bir gün yaşadıq.Oxuduğumuz dualar, ilahilərkönlümüzü aydınladıbbizləri əsrarəngiz bir aləmə aparırdı.Fani keçici dünyadan bizi əbədi, ülvi, olan bir varlığa aparardı…Cənnətin həqiqətini elə bu dünyadaca birlikdə yaşayırdıq. Əfsanəvi inancdan qopub canlı, hiss oluna bilən məna aləminə qərq olardıq… Bu aləm necədə gözəldi! Bir araya toplanan insanlar zahirən fərqli təbiətə, fərqli peşəyə malik olsalar da aradakı ilahi sevgi onları birləşdirmişdi.“Mən”dən “biz”ə doğru çəkmişdi bizi. Səslənən Allah sədaları bir ürəkdən, bir könüldən təcəlli edirdi, çalınan dəfin ritmi, söylənən ilahilərin avazı, tək bir varlığı tərənnüm edirdi, o varlığı ki, bizdən ayrı deyil, canlıdı, zaman və məkan onun ixtiyarındadı. Nə gözəl dostur O! “Biz bu dünyanın insanı deyilik.Əbədi aləmdə üz-üzə baxacağıq, toplanacağıq, bir-birimizə nə qədər məhəbbətlə baxa bilsək, o qədər də gözəlliklərə ucala bilərik. Bu həyat burada bitməz, davam edər. Əsl həyat əbədidi! Ağıl bunu asanlıqla qəbul edib, həzm edə bilməsə də zaman insanı yetişdirib bu nöqtəyə gətirər. Heeey dost!” sözlərinin sehrli məna nəfəsi bizi sarmışdı.Bunları ona danışıb bu şirin sükütü pozmaq yerinə düşərmi, düşməzmi heç onu da bilmirdim. Dilim, dodağım mənim ixtiyarımda deyildi. Birdən Burhan əfəndi məxməri və ürəyə yatımlı səslə dedi:
–Bir insan sevdiyini gördüyü zaman sevinib, görmədiyi zaman unudarsa buna həvəs deyərlər. Bir insan sevdiyini gördüyü zaman sevinib, görmədiyi zaman hüznlənərsə, bu məhəbbət halıdır. Bir insan sevdiyini gördüyü zaman hüzünlü, görmədiyi zaman yenə də hüzn içindədirsə buna da eşq halı deyərlər.Bu sözlərdə necə də böyük hikmət var.Biz bir müddət bu minvalla oturub söhbət etdik…Onun yanından ayrıldığımda sehrli hava hələ də içimi sarmışdı. Qəlbimdə zümzümə etdiyim ilahi bir səda vücuduma yayılıb məni məndən almışdı. Artıq məni narahat edən bütün sualların cavabını öyrənmiş kimiydim. Xəyali təsəvvürün yerini həqiqi varlıq sevgisi doldurmuşdu. Burhan əfəndinin hazırladığı qəhvənin xoş dadı damağımda, içimdə də eşqin xoş havası əsirdi.Ruhumda səslənən lətif bir musiqinin ahənginə uyğun olaraq, əks səda verib bütün kainata səs salan “Səndən gəldik, sənə dönəcəyik” ayəsi bu havaya xüsusi bir nəfəs, qəribə bir zövq qatırdı…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…