Rusiyanın Velikiy Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Zolotov Cup” adlı beynəlxalq turnir keçirilib.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a verilən xəbər görə, ölkəmizi təmsil etmək üçün Rusiyaya yollanan yığma komandamızın üzvləri uğurla çıxış edərək 3 medal qazanıblar. Belə ki, 11-16 yaş qrupunda yer alan kişi cütlüyümüz Murad Rəfiyev-Daniel Abbasovun icra etdikləri kompozisiyaların hakimlər tərəfindən ən yüksək xalla qiymətləndirilməsi (83.400) gimnastlarımızı fəxri kürsünün ilk pilləsinə yüksəldib.13-19 yaş qrupunda çıxış edən Ruhidil Qurbanlı-Abdulla Əl Məşayxidən ibarət qarışıq cütlüyümüz isə 85.450 xalla yalnız Almaniya komandasından geri qalaraq gümüş medal qazanıblar. Eyni yaş qrupunda olan digər cütlüyümüz Nurcan Cabbarlı-Ağasif Rəhimov isə 4-cü yerdə qərarlaşıblar.Sonuncu medal sevincini qadın qrupumuz yaşadıb. 12-19 yaş kateqoriyasında çıxış edən təmsilçilərimiz Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlinin çıxışları da gümüş medalla qiymətləndirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…