FIFA yeni klub turnirinin hazırlıqlarına başlayıb

16 Aprel 2018 13:12

Xəbər 27 dəfə oxunub

FIFA 2021-ci ildə təşkil olunması planlaşdırılan yeni klub turnirinin hazırlıqlarına başlayıb.Azərtac xəbər verir ki, klublararası dünya kuboku yarışlarının alternativi kimi düşünülən yeni turnir dörd ildən bir keçiriləcək və birincilik uğrunda 24 komanda mübarizə aparacaq. Hər il keçirilən klublararası dünya kuboku yarışlarının nüfuz qazanmaması ilə əlaqədar yaradılacaq yeni turnir iyun və ya iyul aylarında üç həftəlik dövrdə təşkil ediləcək.Dörd ildən bir keçirilməsi planlaşdırılan yarışda 8 qrupun hər birində 3 klub mübarizə aparacaq. Qrup qalibləri dörddəbir finala yüksələcəklər. Klubların dünya çempionatında, ümumilikdə 31 oyunun keçirilməsi nəzərdə tutulur.xeber100.com

Reklam

“AGF Junior Trophy” adlı beynəlxalq turnirin ikinci günündə

Aprelin 24-də Milli Gimnastika Arenasında gənc gimnastların iştirak etdikləri "AGF Junior Trophy" adlı beynəlxalq turnirin ikinci günündə 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda gimnastların fərdi çıxışlar üzrə qalib və mükafatçıları məlum olub.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçisi Dərya Farşbafşəhriyari 15.600 xal toplayaraq üçüncü yerin sahibi olub.İlk pillədə 17.750 xalla rusiyalı Lala Kramarenko, ikinci yerdə isə 16.000 xalla Belarus gimnastı Anna Kamenşçikova qərarlaşıb.Mükafatları Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Rafiq Rzayev və Azərbaycan Gimnastika Federasiyasının meneceri Sevda Bağırova təqdim edib.Top üzrə yarışlarda Azərbaycan təmsilçisi Nərminə Səmədova 16.050 xal toplayaraq turnirin gümüş medalına sahib olub. Rusiya gimnastı Darya Trubnikova 17.650 xal toplayaraq qızıl medala layiq görülüb. Bolqarıstan təmsilçisi Tatyana Volojanina 15.850 xal toplayıb və bürünc medala layiq görülüb.Mükafatçılara medalları hakim Yevqeniya Jidkova, AGF-nin meneceri Fərhad Əhmədbəyli təqdim ediblər.Qeyd edək ki, ötən gün Azərbaycan yığması 89.250 xal toplayaraq turnirin bürünc mükafatına layiq görülüb. Turnirin qızıl və gümüş mükafatına müvafiq olaraq Rusiya (100.900) və Belarus (93.300) komandaları layiq görülüb.Azərbaycanlı gimnast Arzu Cəlilova hakimlər briqadası tərəfindən "Ən yüksək icra xalına görə" "AGF Trophy" mükafatına layiq görülüb.Xatırladaq ki, "AGF Junior Trophy" turniri 2018-ci il iyunun 1-dən 3-dək İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək.xeber100.com

Aprel 24, 2018 12:40