“New Dreams International” Film Festivalında

2 Fevral 2019 11:11

Xəbər 57 dəfə oxunub

Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmi Los-Anceles və Batı Hollivud ətrafında keçiriləcək “New Dreams International” Film Festivalında bütün mərhələləri keçərək finala vəsiqə qazanıb. Film mayın 30-da birincilik uğrunda yarışacaq.Bu barədə Azərtac-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.xeber100.com

Reklam